Azərbaycan Gürcüstanın ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib
Azərbaycan Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ölkənin suverenliyi və ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Biz Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan sülh yolu ilə həllinə tam dəstəyimizi bir daha təsdiqləyirik”, – XİN bildirib.
Nazirlik Azərbaycanın Gürcüstanla strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinə böyük önəm verdiyini, iki ölkə arasında uzun illər ərzində formalaşmış əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini qeyd edib.
Mənbə: anews.az