Bloomberg: Türkiyə Qara dənizə kommersiya gəmilərinin keçidini məhdudlaşdırır
Türkiyə Rusiya və Ukraynanın bölgədə gəmilərə qarşı hücumlarının artması fonunda bəzi kommersiya gəmilərinin Qara dənizə keçidini məhdudlaşdırıb, Bloomberg mənbələrə istinadən bildirib.
Agentliyin məlumatına görə, Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsi Rusiyanın əsas neft və taxıl ixrac mərkəzlərindən biri olan Novorossiysk limanına üzən bir neçə gəmini Dardanel boğazından keçid üçün icazələrin hazırda verilmədiyi və ya müraciətlərə baxılmasının əlavə vaxt tələb etdiyi barədə məlumatlandırıb.
Məhdudiyyətlərin hansı kateqoriyadan olan gəmilərə şamil edildiyi, miqyası və nə qədər davam edəcəyi hələlik məlum deyil.
Türkiyə rəsmiləri məsələ ilə bağlı hələlik açıqlama verməyiblər.
Mənbə: anews.az