Trampın kürəkəni Moskvaya gedəcək
Gələn həftə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner Rusiya paytaxtına səfər edə bilər.
Bu barədə agentliklə söhbətində mənbə bildirib.
Mənbənin verdiyi məlumata görə, səfər bir həftə – on gün ərzində baş tuta bilər.
Qeyd edək ki, iyulun sonlarında Uitkoff və Kuşnerin Rusiyaya olası səfəri barədə xəbərlər yayılsa da, həmin vaxt bu məlumatlarda hər hansı konkretlik yox idi.
Öz növbəsində Kremldən bildirilib ki, Uitkoff və Kuşnerin Rusiyaya səfərinin tarixi barədə vaxtında məlumat veriləcək
Mənbə: anews.az