Husilər Yəmənin Qırmızı dəniz sahilindəki limanına hücum ediblər
"Ənsar Allah" hərəkatından olan husilər Qırmızı dəniz sahilindəki Moxa limanına zərbələr endiriblər.
Bu barədə Yəmən hərbi mənbələrinə istinadən "Al Arabiya" telekanalı məlumat yayıb.
"Husi dəstələri Moxa limanına raketlər və pilotsuz uçuş aparatları ilə hücum ediblər", - məlumatda bildirilir.
Mümkün dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
Qeyd edək ki, Moxa limanı Yəmənin cənub-qərbindəki Taiz əyalətində yerləşir və hökumət qüvvələrinin nəzarəti altındadır
Mənbə: anews.az