Suriya və Rusiya hərbi bazalarla bağlı memorandum imzaladı
Suriya və Rusiya ölkədəki Rusiya hərbi bazalarının gələcəyi ilə bağlı anlaşma memorandumu imzalayıblar.
Suriya Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bir il yarım davam edən intensiv danışıqlardan sonra Xmeymim və Tartusdakı Rusiya hərbi bazalarının taleyi rəsmən müəyyənləşib.
Suriya Xarici İşlər Nazirliyi bu razılaşmanın iki ölkə arasındakı münasibətlərdə yeni bir fəsil açacağına ümid etdiyini bildirib.
Əldə olunan razılaşmaya əsasən, sözügedən Rusiya bazaları gələcəkdə birgə hərbi təlim mərkəzlərinə çevriləcək
Mənbə: anews.az