Image

XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Ekvador Respublikasını Milli Günü münasibətilə təbrik edib. Bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib.

“Ekvador Respublikasının Milli Günü münasibətilə Ekvador xalqına və hökumətinə səmimi təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, Ekvador!” – paylaşımda bildirilib.

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Ekvadorun Milli Günü hər il 10 avqustda qeyd olunur. Bu tarix 1809-cu ildə Qitə Ekvadorunda İspaniya müstəmləkəçiliyinə qarşı müstəqillik hərəkatının başlaması ilə bağlıdır.

Mənbə: anews.az

Xəbər lenti

Sabah Astarada qaz olmayacaq