Image

İlham Əliyev Pezeşkiana təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə görə təşəkkür edib. Bu barədə Azərbaycan Prezidentinin rəsmi "X" hesabında paylaşım edilib.

“Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”, – İlham Əliyev bildirib.

Pezeşkian daha əvvəl Azərbaycanın müharibə dövründə İrana müxtəlif istiqamətlər üzrə əhəmiyyətli dəstək göstərdiyini deyib.

İran prezidenti Azərbaycanın bank, səfirlik və marşrutlarla bağlı məsələlərdə Tehranın müraciətindən sonra addımlar atdığını, həmçinin Rusiyaya tədarüklər və digər məsələlərdə İrana kömək etdiyini bildirib.

Mənbə: anews.az

Xəbər lenti

Sabah Astarada qaz olmayacaq