“Azeri Light”ın qiyməti 94 dollara yaxınlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 0,56 dollar və ya 0,6% artaraq 93,93 ABŞ dollarına yüksəlib. Azərbaycan neftinin əvvəlki qiyməti 93,37 dollar olub.
Beləliklə, “Azeri Light”ın qiyməti Azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulan 65 dollar/barel proqnozundan 28,93 dollar və ya təxminən 44,5% yüksəkdir.
“Azeri Light” Azərbaycanın əsas ixrac neft markalarından biridir. Azərbaycan neftinin qiyməti ölkənin neft gəlirləri və dövlət büdcəsinin gəlirlərinin formalaşması baxımından mühüm göstəricilərdən hesab olunur.
Dövlət büdcəsi hazırlanarkən neftin qiyməti üzrə konservativ proqnozdan istifadə edilməsi neft bazarında mümkün qiymət dəyişikliklərinin büdcə gəlirlərinə təsirini məhdudlaşdırmağa yönəlib.
Mənbə: anews.az