Image

Azərbaycanda iqtisadi artım 1,4%-ə yüksəlib

Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 2026-cı ilin yanvar-iyul aylarında illik müqayisədə 1,4% artaraq 76 milyard 817,7 milyon manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

İqtisadi artımın əsas mənbəyi qeyri-neft-qaz sektoru olub. Bu sahədə əlavə dəyər 2,2% artaraq 53 milyard 901,2 milyon manata çatıb.

Neft-qaz sektorunda isə əksinə, azalma qeydə alınıb. Neft-qaz ÜDM-i illik müqayisədə 0,6% azalaraq 22 milyard 916,5 milyon manat olub.

Beləliklə, ilin ilk yeddi ayında qeyri-neft-qaz sektorunun ümumi ÜDM-də payı təxminən 70,2%, neft-qaz sektorunun payı isə 29,8% təşkil edib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sabah Astarada qaz olmayacaq