Image

Naxçıvanda vergi daxilolmaları 4 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 146 milyon manat vergi daxil olub.

Bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur.

Ötən 7 ayda muxtar respublikada qeyri-dövlət sektorundan daxilolmalar 104,4 milyon manat təşkil edib. İllik müqayisədə bu sektordan vergi daxilolmaları 9,5 % çox olub.

Hesabat dövründə Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 4,5 % artaraq 2,8 milyon manat olub.

Mənbə: anews.az

Xəbər lenti