Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib
Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Tümen vilayətində yerləşən “ZapSibNeftexim” neft-kimya kompleksinə zərbə endirib.Bu barədə “RBK-Ukrayna” xəbər yayıb.
Məlumata görə, hücum “Deep Strike” bölmələri tərəfindən həyata keçirilib. PUA-lar hədəfə çatana qədər 2 000 kilometrdən çox məsafə qət edib.
Kompleksin ərazisində yanğın baş verdiyi və dağıntıların qeydə alındığı bildirilib.
Mənbə: anews.az