Image

Tramp İrandan kompensasiya tələb edib

Vaşinqton administrasiyası tərəflər arasındakı münaqişə zamanı insanların ölməsinə və yaralanmasına, eləcə də İran Silahlı Qüvvələrinin zərbələri nəticəsində ABŞ-yə dəyən ziyana görə Tehrandan kompensasiya tələb edir.Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.

Tramp qeyd edib ki, İran nümayəndələri daha əvvəl son beş aylıq hərbi münaqişə zamanı ölkəyə dəymiş ziyana görə ABŞ-dən təzminat tələb ediblər. Onun sözlərinə görə, kompensasiya məsələsi İranla əvvəlki danışıqlarda müzakirə olunmayıb.

ABŞ Prezidenti bildirib ki, bununla belə, o da İrandan müxtəlif münaqişələr zamanı öldürülən və ya ağır yaralanan amerikalılara görə təzminat tələb edir.

Tramp, həmçinin "USS Cole" gəmisində həlak olanların ailələrinə və döyüş əməliyyatlarında ölən digər şəxslərin ailələrinə kompensasiya ödənilməsini tələb etdiyini deyib.

Bundan əlavə, o, son 50 ildə İranda etirazlar zamanı həlak olan şəxslərin ailələri üçün də kompensasiya tələb edib.

"Son beş ay ərzində həlak olmuş 52 min nəfəri hələ demirəm", - Tramp yazıb.

ABŞ Prezidenti əlavə edib ki, nümayəndələrinə bu tələbi İranla gələcək bütün danışıqlara daxil etməyi tapşırıb.

Mənbə: anews.az

Xəbər lenti