Image

Odessada "MiQ-29" qırıcı təyyarəsi qəzaya uğrayıb

Ukraynanın Odessa vilayətində MiQ-29 qırıcısı döyüş tapşırığını yerinə yetirərkən qəzaya uğrayıb.Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, hadisə avqustun 10-da axşam saatlarında baş verib.

“MiQ-29”un pilotu katapult edərək xilas olub və xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, aviasiya raketinin buraxılması zamanı təyyarə alışıb və pilot idarəetməni itirib. Hadisənin səbəbləri araşdırılır.

Mənbə: anews.az

Xəbər lenti