Image

Azərbaycan XİN Kolumbiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kolumbiyada baş verən zəlzələ ilə əlaqədar ölkəyə başsağlığı verib.Bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Kolumbiyada baş vermiş zəlzələ nəticəsində insanların həlak olması və dağıntıların meydana gəlməsi bizi dərindən kədərləndirib. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik. Bu çətin zamanda Kolumbiya xalqının yanındayıq", - paylaşımda bildirilib.

Avqustun 10-da Kolumbiyanın qərbində 7,4 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri paytaxt Boqotadan təxminən 400 km qərbdə, Çoko departamentinin San-Xose-del-Palmar ərazisi yaxınlığında yerləşib.

Mənbə: anews.az

Xəbər lenti