Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub
Livan parlamenti ölüm hökmünün ləğv edilməsini nəzərdə tutan qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib və bununla ölkə ərəb dünyasında ölüm hökmünü qanunvericilikdən çıxaran ilk dövlət olub.
128 deputatdan ibarət parlamentdə səsvermə zamanı layihəyə əks mövqe əsasən Hizbullah blokundan gəlib. Qanun ölüm hökmünün əvəzinə ömürlük azadlıqdan məhrumetmə və ağır əmək cəzasının tətbiqini nəzərdə tutur.
Livan 2004-cü ildən ölüm hökmlərinin icrasına qeyri-rəsmi moratorium tətbiq etsə də, məhkəmələr bu cür hökmlər çıxarmaqda davam edirdi. Yeni qanunla ölüm cəzasının hüquqi tətbiqi də aradan qaldırılır.
Livanın ədliyyə naziri Adel Nassar parlamentin qərarını ölkə üçün “tarixi addım” adlandırıb. Hüquq müdafiə təşkilatları da qərarı alqışlayıblar.
Aytac
Mənbə: anews.az