“Neomotors”a rəqabət qanunvericiliyini pozduğuna görə maliyyə sanksiyası tətbiq edilib
“Neomotors” MMC minik avtomobillərinin satışı zamanı müqavilə şərtlərində rəqabət qanunvericiliyinin tələblərini pozub. Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, şirkət barəsində Rəqabət Məcəlləsinin 25.1.3-cü və 25.1.5-ci maddələrinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
İşə yenidən baxılması başa çatıb. Şirkətə yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və gələcəkdə bu hallara təkrar yol verməməsi barədə müvafiq göstəriş verilib. Eyni zamanda, şirkətə maliyyə sanksiyası tətbiq olunub.
“Neomotors” MMC Azərbaycanda Çin istehsalı avtomobillərin satışı ilə məşğuldur.
Gülnar Nazimqızı
Mənbə: anews.az