Image

İlham Əliyev Naxçıvan üçün yeni Sərəncam imzalayacağını açıqlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi üçün yeni Sərəncam imzalayacağını bildirib.

Dövlət başçısı bunu Azərbaycan Televiziyasına müsahibəsində deyib.

İlham Əliyev qeyd edib ki, may ayında təsdiqlənmiş kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvana aid xüsusi bölmə yer alır.

"Əlavə tədbirlərin görülməsi üçün sabah mənim tərəfimdən növbəti Sərəncam imzalanacaq. Bu, çox böyük maliyyə tutumlu Sərəncam olacaq, orada konkret layihələr göstəriləcək", - Prezident bildirib.

O əlavə edib ki, layihələrin icrasına nəzarət təmin olunacaq və işlərin daha sürətlə aparılması üçün müvafiq tədbirlər görüləcək.

 

Mənbə: anews.az

Xəbər lenti