Rubio: Trampın prezidentlik müddəti başa çatana qədər Kuba dəyişməz gələcəyə doğru yola qədəm qoyacaq
ABŞ dövlət katibi Marko Rubio Prezident Donald Trampın hakimiyyəti başa çatana qədər Kubanın “tamamilə fərqli gələcəyə doğru dönməz yola” qədəm qoyacağına əmin olduğunu açıqlayıb.
Rubio bu barədə Dövlət Departamentinin avqustun 11-də yayımladığı müsahibədə danışıb. O, Kubanın Venesuelanın taleyini təkrarlaya biləcəyi ilə bağlı suala cavabında belə bir dəyişiklik üçün zaman tələb olunduğunu deyib.
ABŞ dövlət katibi bildirib ki, 70 ildir mövcud olan sistemin bir gecədə dəyişdirilməsi mümkün deyil və bunun üçün əvvəlcə keçid dövrü baş verməlidir.
Rubio kommunizmin süqutundan sonra Şərqi Avropada baş verən dəyişiklikləri nümunə göstərib. Onun sözlərinə görə, həmin ölkələrin bugünkü vəziyyətə gəlməsi üç-beş il çəkib və Polşa bunun ən bariz nümunələrindən biridir.
Aytac
Mənbə: anews.az