Paşinyan və Zelenski ikitərəfli əməkdaşlığı müzakirə ediblər
Ermənistanın Baş naziri Nikol Paşinyan və Ukrayna Prezidenti Volodimir Zelenski telefon danışığı zamanı ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.Bu barədə Ermənistan mediası məlumat yayıb.
Zelenski Paşinyanı Ermənistanın baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib.
Tərəflər, həmçinin, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıb, sabit və davamlı sülhün təşviq edilməsinin vacibliyini vurğulayıblar.
Mənbə: anews.az