Image

Hakan Fidan Misirə səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 13-14-də Misirə səfər edəcək.Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Fidan səfər çərçivəsində Türkiyə-Misir Birgə Planlaşdırma Qrupunun ikinci toplantısında iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək.

Türkiyə və Misirin xarici işlər nazirlərinin həmsədrliyi ilə keçiriləcək toplantıda fevralın 4-də Qahirədə baş tutmuş Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının nəticələri, həmçinin Türkiyədə keçirilməsi planlaşdırılan üçüncü iclasa hazırlıq məsələləri müzakirə olunacaq.

Səfər çərçivəsində regional məsələlər üzrə də fikir mübadiləsi aparılacaq.

Mənbə: anews.az

Xəbər lenti

Bu ərazilərdə qaz olmayacaq