Image

ANAMA rəhbəri beynəlxalq ictimaiyyətə çağırış etdi: Donorların payı cəmi 4%-dir

Azərbaycanda 2020-ci ilin noyabrından bu günədək humanitar minatəmizləmə fəaliyyətinə təxminən 590 milyon ABŞ dolları vəsait yönəldilsə də, bu məbləğin yalnız 4%-i beynəlxalq donorların payına düşür. Bu barədə ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakıda keçirilən beynəlxalq konfransda bildirib. 

Süleymanovun sözlərinə görə, xərclərin böyük hissəsi birbaşa Azərbaycan dövləti tərəfindən maliyyələşdirilir. Mina çirklənməsinin miqyasının olduqca böyük olduğunu xatırladan agentlik rəhbəri beynəlxalq dəstəyin artırılmasının zəruriliyini vurğulayıb. 

O qeyd edib ki, minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlıq yalnız texniki kömək deyil, insan təhlükəsizliyinə, dayanıqlı inkişafa və bölgədə uzunmüddətli sülhə yatırılan sərmayə kimi qəbul edilməlidir. 

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti