Image

Horadiz–Ağbənd dəmir yolu Zəngəzur dəhlizinin mühüm hissəsidir — Vüqar Süleymanov

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları regionun strateji nəqliyyat və tranzit layihələrinin icrasına birbaşa şərait yaradır. Bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında bildirib. 

O qeyd edib ki, ərazilərin minalardan təmizlənməsi sayəsində daha geniş Zəngəzur dəhlizinin mühüm tərkib hissəsi olan Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd dəmir yolu xəttinin və Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun inşası mümkün olub. 

ANAMA rəhbəri, həmçinin Füzuli, Zəngilan və Laçında inşa edilən beynəlxalq hava limanlarının, eləcə də digər kritik logistika xətlərinin məhz minalardan azad edilmiş təhlükəsiz torpaqlar üzərində qurulduğunu vurğulayıb. 

N.Təbrizli

 

Mənbə: anews.az

Xəbər lenti