Image

Azərbaycan minasızlaşdırmaya 590 milyon dollar vəsait ayırıb

44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Minatəmizləmə Agentliyi (ANAMA) və aidiyyəti qurumlar tərəfindən 298 min hektardan çox ərazi minalardan təmizlənib və 260 mindən çox mina ilə yanaşı, digər partlamamış hərbi sursat zərərsizləşdirilib. Bu barədə ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında bildirib. 

Onun sözlərinə görə, 2020-ci ilin noyabrından bu günədək yaşayış infrastrukturunun inşası məqsədilə 103 min hektardan çox ərazi təmizlənərək təhvil verilib.

Süleymanov qeyd edib ki, indiyədək ölkədə humanitar minatəmizləmə tədbirlərinə təxminən 590 milyon ABŞ dolları vəsait yönəldilib. Bu məbləğin yalnız 4%-i beynəlxalq donorların payına düşür, qalan hissəsi isə birbaşa Azərbaycan dövləti tərəfindən qarşılanıb.

Agentlik rəhbəri çirklənmənin miqyasının böyük olduğunu vurğulayaraq, beynəlxalq tərəfdaşları prosesə daha fəal dəstək verməyə çağırıb. 

N.Təbrizli

 

Mənbə: anews.az

Xəbər lenti