Image

TƏBİB işçilərinin maaşları artırıldı: İllik fond 189 milyon manat böyüyür

Azərbaycanda TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan 72 212 nəfər tibb işçisinin əməkhaqları 2026-cı il sentyabrın 1-dən artırılır. İslahat Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı əsasında həyata keçirilir və nəticədə TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artır. 

Yeni qaydalara əsasən, ailə və sahə həkimlərinin maaşı 74% artaraq 1 150 manatdan 2 000 manata, Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkimlərinin maaşı 1 550 manatdan 2 200 manata, xəstəxanaların təcili yardım şöbələrinin həkimlərinin maaşı isə 2 500 manatadək yüksəldilib. Orta tibb heyətinin maaşlarında 17%, kiçik tibb heyətində isə 18% artım tətbiq olunub. 

Regionlarda kadr çatışmazlığını aradan qaldırmaq məqsədilə Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, digər rayonlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının əməkhaqqı 107% artırılaraq 1 450 manatdan 3 000 manata, neonatoloqların maaşı 2 400 manata çatdırılıb, eləcə də işin nəticəsinə görə əlavə ödənişlərə 1,3 əmsalı müəyyən edilib. 

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti