Image

Yelo Bank Cəbrayılda birincilərin məktəb həyəcanına şərik oldu!

Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən canlanır. Dövlətimiz tərəfindən həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində növbəti sevincli ünvanlarından biri də Cəbrayıl rayonunun Şükürbəyli kəndidir.   Həyata yenidən qucaq açan Şükürbəylidə Yelo Bank və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) birgə təşəbbüsü ilə “Gələcəyə parlaq addımlarla” adlı sosial aksiya reallaşıb. Tədbir zamanı doğma torpaqlarında ilk dəfə məktəb həyatına addım atacaq 30 şagirdə rəngarəng məktəbli çantaları və tam dəst məktəb ləvazimatları təqdim olunub.   Təhsilə dəstəyi və korporativ sosial məsuliyyəti əsas prioritetlərindən biri hesab edən Yelo Bank üçün doğma torpaqlarda ilk məktəb həyəcanını yaşayan uşaqların yanında olmaq və onların sevincini paylaşmaq böyük fəxrdir. Bilik yoluna addımlayan bütün şagirdlərə yeni dərs ilində parlaq uğurlar arzulayırıq! Bank xidmətləri, eləcə də kredit ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin. Yelo Bank – Parlaq bankçılıq!

 

Mənbə: anews.az

Xəbər lenti