Image

Pezeşkianın təyyarəsi Tehrana gedərkən Rəştdə aralıq eniş edib

İran Prezidenti Məsud Pezeşkianı Bişkekdən Tehrana aparan təyyarə Rəşt şəhərində aralıq eniş edib. Bu barədə İranın dövlət agentliyi IRNA bildirib. Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etdikdən sonra sentyabrın 1-də Bişkekdən Tehrana yola düşmüşdü. İsrailin “12-ci kanal”ı təyyarənin ABŞ-ın İrana zərbələri və Tehranda hava hücumundan müdafiə sistemlərinin işə düşməsi fonunda Rəştə yönləndirildiyini bildirib. İranın “Mehr” agentliyinin məlumatına görə, sentyabrın 1-i axşam saatlarında Tehranın şərqində HHM sistemləri işə salınıb. IRNA Rəştdəki enişi “aralıq eniş” kimi təqdim edib. Təyyarədə Pezeşkianla yanaşı İranın xarici işlər naziri və idman və gənclər naziri də olub. 

Mənbə: anews.az

Xəbər lenti