Medvedev Almaniyanın hərbi zavodlarına birbaşa zərbələr endirməyə çağırıb
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Almaniyanın Leypsiq hava limanında baş vermiş dron insidentinə görə Moskvanı günahlandırmasına cavab olaraq, Berlinin Kiyev üçün hərbi texnika istehsal edən zavodlarına birbaşa zərbələr endirilməsinə layiq olduğunu bildirib.
Medvedev "X" platformasında yazıb ki, Almaniyanın indiki rəhbərliyinin siyasəti fonunda "uydurulan təxribat" ən yüngül cəzadır və ölkə Ukrayna Silahlı Qüvvələri üçün silah istehsal edən bütün zavodlarına, həmçinin Berlindəki bir sıra digər obyektlərə birbaşa zərbələr endirilməsinə layiqdir.
Sentyabrın 1-də rəsmi Berlin avqustun əvvəlində Leypsiq/Halle hava limanında baş verən PUA insidentinə görə məsuliyyəti birbaşa Rusiyanın üzərinə qoymuşdu.
Mənbə: anews.az