Nərminə Mustafayeva etimadnaməsinin surətini Latviya XİN-ə təqdim edib
Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva etimadnaməsinin surətini Latviyanın Xarici İşlər Nazirliyinin Dövlət Protokol idarəsinin rəhbəri vəzifəsini icra edən Zane Ventereyə təqdim edib.Bu barədə Azərbaycanın Latviyadakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında məlumat yayılıb.
Səfirlikdən bildirilib ki, onlar səmimi qarşılanmaya və qarşıdakı rəsmi protokol tədbirləri ilə bağlı təqdim olunan məlumata görə təşəkkürlərini ifadə ediblər.
Nərminə Mustafayeva Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 12-də imzaladığı sərəncamla ölkənin Latviyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Mənbə: anews.az