Image

Netanyahu Qəzzaya gedib

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfər edib.Bu barədə İsrail Baş nazirinin dəftərxanası məlumat yayıb.

Netanyahu səfər zamanı İsrail hərbçiləri və İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ilə görüşüb.

Baş nazir Qəzza zolağının təxminən 60 faizinə nəzarət etdiklərini bildirib.

“Biz sektorun 60 faizinə nəzarət edirik və bu rəqəm daha da artacaq. Çünki biz bizə təhdid yaradan terrorçuları hər gün məhv edirik”, - Netanyahu deyib.

O, həmçinin İsrail qüvvələrinin ötən gün HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbərini ələ keçirdiyini bildirib.

Netanyahu əlavə edib ki, İsrail ordusu HƏMAS-ın tərksilah edilməsi və Qəzza zolağının demilitarizasiyası məqsədilə fəaliyyətini davam etdirir.

Qeyd edək ki, bir qədər əvvəl İsrailin 200-dən çox keçmiş yüksəkvəzifəli məmuru, hərbçisi və müxtəlif sahələrin nümayəndəsi Netanyahuya müraciət edərək hökuməti “yəhudi terrorizmi” və “etnik təmizləmə” hallarının qarşısını almağa çağırıb.

Mənbə: anews.az

Xəbər lenti

Netanyahu Qəzzaya gedib