Image

Elçin Hüseynli Azərbaycanın İtaliyadakı səfiri kimi fəaliyyətə başlayıb

 

Azərbaycanın İtaliyadakı yeni səfiri Elçin Hüseynli etimadnaməsini İtaliya Prezidenti Sercio Mattarellaya təqdim edib və rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

Bu barədə Azərbaycanın İtaliyadakı səfirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, etimadnamənin təqdim edilməsi mərasimi sentyabrın 28-də Romadakı Kvirinal sarayında keçirilib.

Mərasimdən sonra Elçin Hüseynli ilə Sercio Mattarella arasında ikitərəfli görüş baş tutub.

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır