Image

Yumurtanın qiyməti 10 ildir dəyişmir

Azərbaycanda yumurtanın bir ədədinin qiyməti 2016-cı ildən bəri dəyişməyib və hazırda da 14 qəpikdir. Bunu Quş əti, yumurta istehsalçıları və ixracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənli Milli Məclisdə çıxışı zamanı bildirib.

“2016-cı ildə olan yumurtanın bir ədədinin qiyməti 14 qəpik, hal-hazırda 2026-cı ildə də 14 qəpikdir. Demək olar ki, heç bir inflyasiyamız olmayıb bu sahədə”, - Həsənli deyib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır