Image

Peskov: Putin Türkmənistanda MDB sammitinin bütün iştirakçıları ilə görüşəcək

 Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda keçirilən tədbirlər çərçivəsində MDB sammitinin demək olar ki, bütün iştirakçıları ilə təmaslar keçirəcək. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Bu gün axşam prezidentin bu mədəni tədbirlər çərçivəsində bütün digər iştirakçılarla ünsiyyət qurmaq imkanı olacaq. Yəni sammitin demək olar, bütün iştirakçıları ilə tədbir çərçivəsində təmaslar baş tutacaq”, - Peskov deyib.

Onun sözlərinə görə, Putinin Türkmənistanda MDB sammiti və Xəzər Ekoloji Sammiti çərçivəsində bir sıra işgüzar görüşləri də planlaşdırılıb. Rusiya prezidentinin Türkmənistana səfəri oktyabrın 8-9-da baş tutacaq.

MDB sammitində Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.

Putin Türkmənistanda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və İran Prezidenti Məsud Pezeşkianla ayrıca görüşlər keçirəcək. Ermənistan Baş naziri Nikol Paşinyanla ayrıca görüş isə planlaşdırılmayıb, lakin tədbirlər çərçivəsində təmas istisna edilmir.

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır