Image

Kürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı - ADY-dən açıqlama

Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb.Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, dərhal aidiyyəti üzrə məlumat verilib.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

***

Kürdəmir rayonunun Təklə kəndində ölüm hadisəsi baş verib.

APA xəbər verir ki, kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Şahverdiyevi qatar vurub.

O, aldığı ağır xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır