Image

Azərbaycana köçən gənclər arasında qadınlar üstünlük təşkil edir - siyahı

2025-ci ildə xarici ölkələrdən Azərbaycana daimi yaşamaq üçün gələn 15-29 yaşlı 419 nəfərin 268-i qadın, 151-i kişi olub. Qadınların sayı kişilərdən təxminən 1,8 dəfə çox olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Rusiyadan gələn 189 nəfərin 114-ü qadın, 75-i kişi, Gürcüstandan gələn 142 nəfərin 101-i qadın, 41-i kişi olub.

Türkiyədən gələn 21 nəfərin 9-u qadın, 12-si kişi, Ukraynadan gələn 21 nəfərin 14-ü qadın, 7-si kişi olub.

Qazaxıstandan gələn 9 nəfərin hamısı qadın, Özbəkistandan gələn 8 nəfərin 7-si qadın, 1-i kişi, Türkmənistandan gələn 7 nəfərin 5-i qadın, 2-si kişi olub.

Belarusdan gələn 3 nəfərin 1-i qadın, 2-si kişi, Almaniya və ABŞ-dan gələnlərin hər birində 1 qadın və 1 kişi qeyd olunub.

Qırğızıstan və Moldovadan gələnlərin hər biri qadın olmaqla müvafiq olaraq 3 və 1 nəfər, Kanadadan gələn yeganə şəxs də qadın olub.

Çindən gələn qeydə alınmayıb.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır