Image

Bakıda küləyin sürəti 27 m/s-yə çatıb

 

Oktyabrın 19-u saat 13:00-a olan məlumata görə, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 27 m/s-yə çatıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hazırda paytaxtda və yarımadada küləkli hava şəraiti müşahidə olunur.

Bildirilib ki, şimal-qərb küləyinin sürəti 18-20 m/s təşkil edir, bəzi yerlərdə isə arabir 25-27 m/s-yə çatır.

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır