Image

Bakı metrosu xüsusi rejimdə işləyəcək

 

Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Çempionlar Liqası matçında "Sabah" FK-nın növbəti qarşılaşması ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də xüsusi iş rejimi tətbiq olunacaq.

Bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, stadionun yaxınlığında yerləşən "Koroğlu" stansiyasına əlavə işçi qüvvəsi cəlb ediləcək və nəzarət gücləndiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq, Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək.

 

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır