Image

Cinsi yolla keçən infeksiyaya yoluxmuş gənclərin 95%-i kişilərdir

Azərbaycanda ilk dəfə qonokokk infeksiyası( red-cinsi yolla keçən infeksiya) diaqnozu qoyulan 14-29 yaşlı gənclərin sayı 2025-ci ildə 125 nəfər olub. Bu, 2024-cü illə müqayisədə 31 nəfər və ya təxminən 20% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

2025-ci ildə diaqnoz qoyulan gənclərin 119-u kişi, 6-sı qadın olub. 2024-cü ildə isə 152 kişi və 4 qadın qeydə alınmışdı.

14-17 yaş qrupunda göstərici 2024-cü ildə 2, 2025-ci ildə 4 nəfər olub. 18–29 yaş qrupunda isə ilk dəfə diaqnoz qoyulanların sayı 154-dən 121-ə düşüb.

Ümumilikdə, ölkədə ilk dəfə qonokokk infeksiyası diaqnozu qoyulanların sayı 2025-ci ildə 180 nəfər olub. 2024-cü ildə bu göstərici 233 nəfər idi.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır