Image

Qubada avtomobil aşıb, ölən və yaralılar var

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb.

"Lada-Niva" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini dərəyə aşırıb. Nəticədə sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda ölüb. Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır