MİDA-dan ev almaq istəyənlərin NƏZƏRİNƏ - Satışa çıxarıldı
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan Yaşayış Kompleksinin 2-ci mərhələsi üzrə, eləcə də Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yexlax Yaşayış Kompleksində yerləşən mənzillərin güzəştli satışını elan edib.
BAKU.WS bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, 10L ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 5 mənzilin, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 may küçəsi, 590 saylı sahə ünvanında yerləşən Binəqədi Yaşayış Kompleksi üzrə 839 mənzilin, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 201 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 4 mənzilin, ümumilikdə 1 049 mənzilin satışı dekabrın 16-sı saat 11:00-da başlayacaq və saat 13:00-a qədər davam edəcək.
"Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə həmin gün saat 12:00-da başlayacaq və saat 13:00-a qədər davam edəcək.
Prezidentin İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən mənzillərin əldə edilməsi Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
"Güzəştli mənzil" sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış olmaq mümkündür.
Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin:
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə - 02.11.2020-ci il tarixli 30383 nömrəli müsbət rəyi;
Binəqədi Yaşayış Kompleksi üzrə - 03.04.2023-cü il tarixli 34942, 27.04.2023-cü il tarixli 35053 və 35054, 20.06.2023-cü il tarixli 35357 və 35358 nömrəli müsbət rəyləri;
Şirvan Yaşayış Kompleksi üzrə - 03.07.2023-cü il tarixli 35409 və 14.09.2023-cü il tarixli 35911 nömrəli müsbət rəyləri;
Yevlax Yaşayış Kompleksi üzrə - 09.12.2023-cü il tarixli 36452 nömrəli müsbət rəyi mövcuddur.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, 13 saylı Şirvan Ərazi İdarəsi və 17 saylı Yevlax Ərazi İdarəsi mənzillərə mülkiyyət hüquqlarına dair "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lar verib.
Mənbə: baku.ws