Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında Azərbaycan neftinin qiyməti yenidən 100 dollardan aşağı düşüb.
“Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,75 ABŞ dolları və ya 0,75% azalaraq 99,88 ABŞ dollarına düşüb.
Bundan əvvəl Azərbaycan nefti 100,63 ABŞ dollarına ticarət edilmişdi.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
Mənbə: anews.az