Image

Azərbaycanda akkreditasiya attestatlarının sayı 369-a çatıb

Azərbaycanda hazırda 369 akkreditasiya attestatı qüvvədədir. Bu barədə Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) təqdim etdiyi statistik göstəricilərdə qeyd olunub.

Məlumata görə, qüvvədə olan attestatların 184-ü sınaq laboratoriyalarına, 36-sı kalibrləmə laboratoriyalarına, 94-ü inspeksiya orqanlarına aiddir.

Bundan başqa, məhsulların sertifikatlaşdırılması üzrə orqanlara 20, fiziki şəxslərin sertifikatlaşdırılması üzrə orqanlara 20, idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə orqanlara isə 15 attestat verilib.

2026-cı ilin ilk 9 ayında akkreditasiya üzrə 92 müraciət daxil olub, 101 attestat verilib.

Hesabat dövründə sınaq laboratoriyalarına 52, kalibrləmə laboratoriyalarına 27 attestat verilib. Malın, xidmətin və işin sertifikatlaşdırılmasını həyata keçirən qurumlara 8, idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə qurumlara 4, fiziki şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən qurumlara 4, inspeksiya orqanlarına isə 6 attestat təqdim edilib.

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır