Image

Siniflərdə şagird sayı azaldısa müəllimlər işsiz qalmayacaq - təklif

Siniflərdə şagird sayının 18-20 nəfərədək azaldılmasına ehtiyac var. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, bu addımın həm müəllimlərin işlə təmin olunmasına, həm də təhsilin keyfiyyətinin yüksəldilməsinə kömək edə bilər.

Deputat bildirib ki, doğum sayının azalması səbəbindən bəzi məktəblərdə siniflər bağlanır və müəllimlər işsiz qalır. Bununla yanaşı, ayrı-ayrı siniflərdə şagird sayı 35-40 nəfərə çatır.

“Bu, düşündürücüdür. Mən xahiş edərdim ki, bu nəzərə alınsın, gələcəkdə bu bölünmə getsin. Qoy 18 nəfər oxusun bir sinifdə, 20 nəfər oxusun. Həm müəllimlər yerləşə bilər, həm də bu uşaqlar yaxşı keyfiyyətli tədris görə bilərlər, təhsil ala bilərlər”, – Rzayev bildirib.

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır