Image

Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq

2027-ci ildə Qarabağ Universitetində Mühəndislik fakültəsinin binasının açılışı həyata keçiriləcək. Bunu təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib.

Onun sözlərinə görə, hazırda Qarabağ Universitetində 9 fakültə üzrə 3 324 tələbə təhsil alır, 548 əməkdaş çalışır. Universitetdə kitabxana və innovasiya mərkəzinin də təməli qoyulub.

Kərimzadə qeyd edib ki, bu il qəbul zamanı 1 200-dən çox abituriyent Qarabağ Universitetini seçib. Onların 50 faizindən çoxu qəbul imtahanlarında 500-dən artıq bal toplayıb.

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır