2030-cu ilədək məktəblərin infrastruktur problemləri qalmayacaq
Azərbaycanda 2030-cu ilədək ümumi təhsil müəssisələrinin infrastruktur problemlərinin tamamilə aradan qaldırılması hədəflənir. Bunu təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib.
Onun sözlərinə görə, indiyədək ölkədə 3 600-dən çox məktəb tikilib və ya əsaslı təmir edilib. Görülən işlər nəticəsində 1,3 milyondan çox şagirdin təhsil və təlim şəraiti yaxşılaşdırılıb.
Nazir müavini qeyd edib ki, mövcud infrastrukturu yararsız vəziyyətdə olan məktəblərin sayı 900-dən 400-ə qədər azaldılıb.
Kərimzadənin sözlərinə görə, 2026–2027-ci tədris ilində 53 təhsil müəssisəsində tikinti və quruculuq işləri aparılır. Bu çərçivədə 35 modul məktəbin təhvil verilməsi nəzərdə tutulur. Artıq 11 müəssisə istifadəyə verilib.
Nazir müavini bildirib ki, 2030-cu ilə qədər ümumi təhsildə infrastruktur problemləri qalmayacaq.
Mənbə: anews.az