Image

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında üzən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

Bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb.

Məlumata görə, hadisə noyabrın 14-nə keçən gecə Sfıntu-Qeorqe yaşayış məntəqəsindən 6,8 dəniz mili (12,59 km) məsafədə baş verib.

Zərbə nəticəsində quru yük gəmisinin yük kranı zədələnib. Yanğın baş verməyib, xəsarət alan olmayıb.

Rumıniyanın müdafiə naziri Ştefan-Radu Oprea hakimiyyət orqanlarının hadisədən xəbərdar olduğunu təsdiqləyib. O, yoxlamalar davam etdiyi üçün əlavə təfərrüatların hələ açıqlanmadığını bildirib.

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb