Image

Türkiyə serialları həvəskarlarının NƏZƏRİNƏ - Dəyişikliklər gözlənilir

Türkiyədə televiziya sektorunda yaşanan reklam böhranı serialların bölüm müddətinin azaldılması məsələsini gündəmə gətirib.

BAKU.WS xəbər verir ki, reklam gəlirlərinin azalması və istehsal xərclərinin artması fonunda televiziya kanalları prodüser şirkətlərindən büdcələrə yenidən baxmağı tələb edib.

Buna cavab olaraq prodüser şirkətləri hazırda təxminən 140 dəqiqə davam edən serial bölümlərinin 110 dəqiqəyə endirilməsini təklif ediblər.

Jurnalist Birsen Altuntaşın məlumatına görə, bu dəyişiklik nəticəsində beşinci reklam fasiləsinə və əlavə çəkiliş qrupunun cəlb edilməsinə ehtiyac qalmayacağı bildirilir.

Lakin təklifin reallaşması üçün televiziya kanalları arasında ortaq razılıq əldə olunmalıdır. Xüsusilə format proqramları yayımlayan kanallar serialların daha erkən başa çatmasının rəqabət balansına təsir göstərə biləcəyindən narahatdırlar.

Məsələnin müzakirəsi üçün televiziya kanallarının nümayəndələri və prodüserlər Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə Sultanahmetdə görüşüblər.

Görüşdə reklam böhranı və sektorun üzləşdiyi problemlərin həlli yolları müzakirə olunub.

Hələlik serialların bölüm müddətinin 110 dəqiqəyə endirilməsi ilə bağlı yekun qərar verilməyib.

Mənbə: baku.ws

Xəbər lenti

Faktiki hava açıqlanıb

Sumqayıtda yol çöküb