Image

Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib

Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı 10,76 kilometr dərinlikdə yerləşib. Episentr Türkiyənin Muğla sahillərindən təxminən 300 kilometr aralıda olub.

Qeyd edək ki, gecə saatlarında Mərmərə dənizində də 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb