Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Sakit okeanda, Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 246 min nəfər əhalisi olan İka şəhərindən 104 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Zəlzələ nəticəsində zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Mənbə: anews.az