Image

Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Füzuli rayonunda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə noyabrın 13-də saat 23 radələrində rayonun Böyük Bəhmənli kəndində baş verib.

Məlumata görə, Füzuli sakinləri Seymur İsmayılovun idarə etdiyi “Opel” və Mustafa Musayevin idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub. Nəticədə “Opel”in sürücüsü və iki sərnişini hadisə yerində ölüb.

Həmin avtomobilin digər iki sərnişini, həmçinin “VAZ-2104”ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb