Image

İş axtaran Xavi bu ölkəyə üz tutdu: Rədd cavabı aldı

Hindistan Futbol Assosiasiyası (FAI) “Barselona”nın sabiq çalışdırıcısı Xavi Hernandesin milli komandaya baş məşqçi təyin olunması ehtimalını rədd edib.

Gundem.az xəbər verir ki, bu barədə “The Khel India” məlumat yayıb.

Bildirilir ki, Hindistan tərəfi hazırda milli komandaya yeni baş məşqçi axtarışındadır. Xavi özü xidmətlərini təklif edib. Lakin 45 yaşlı ispaniyalının həddindən artıq yüksək maaş tələbləri səbəbindən AFI onu namizədlər siyahısına belə daxil etməyib.

Xatırladaq ki, Xavi 2024-cü ilin yayından işsizdir. Daha əvvəl ispaniyalının Səudiyyə Ərəbistanından “Əl-Əhli”yə rəhbərlik edə biləcəyi bildirilirdi. 

Xəbər lenti